Zeki Öztürk Gəncədə uşaq bağçasının müdirini təltif edib. Bu haqda məlumatı iyunun 13-ü Aztehsil-ə istinadən veririk.
Tədbir 23 aprel – Türkiyə Respublikasının Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Gəncə şəhər İcra Hakimiyyəti və Türkiyə Respublikasının Gəncə şəhərində yerləşən Baş Konsulluğu ilə birgə təşkil olunub.
Gəncə şəhər 13 saylı uşaq bağçasının sakinləri konsulluqda rəngarəng kompozisiyalarla fəal iştirak ediblər. Müəssisənin müdiri Pərvanə İmamquliyeva konsul tərəfindən Fəxri fərmanla təltif olunub.
