Gəncədə minifutbol üzrə turnir keçiriləcək. Bu haqda məlumatı avqustun 16-sı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən veririk.
İdman tədbiri adıçəkilən qurum, AFFA-nın, Kəpəz PFK-nın və Kəpəz TV-nin birgə dəstəyi ilə təşkil ediləcək. Avqustun 27-də “S1 Sehrbaz” layihəsinə start veriləcək.
AFFA tərəfindən keçirilən yarış Azfar Minifutbol Meydançasında keçiriləcək. Orada 12-25 yaşlı futbolsevərlər iştirak edə biləcəklər.
Əlavə məlumat üçün +994 70 821 19 59 nömrəsi ilə whatsapp tədbiqi üzərindən əlaqə saxlamaq olar.
İştirak etmək istəyən hər bir kəs aşağıda göstərilən link vasitəsilə qeydiyyatdan keçə bilərlər: