Gəncədə 22 sentyabr tarixində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi baş tutub.
Qələbə Parkında keçirilmiş tədbirdə 100 məktəbli o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak etmişdir. Onlara futbola marağını artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Tədbir AFFA-nın, Yelo Bank-ın və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbir iştirakçıları tərəfindən Vətən müharibəsi zamanı həlak olmuş dinc sakinlərin xatirələri yad edilib.