Gəncədə 4 milyon manat dəyərində olan tender yekunlaşıb. Bu haqda məlumatı avqustun 17-si Report.az-a istinadən veririk.
Yolların əsaslı təmiri ilə bağlı açıq tender elan edilmişdir. Müsabiqə Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən aparılmışdır.
Tenderin qalibi “Gəncə Körpü Tikinti-2” ASC-dir. Qalib şirkətə 3,972 milyon manat ödəniləcək.