26.9 C
Gence
23.5 C
Ganja

Yeni Gəncədə su borusu partlayıb

Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 30 may tarixində məlumat daxil olub.

Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. 28 May küçəsində sakinləri içməli su ilə təchiz edən əsas xəttin borusu partlayıb. Əraziyə “Azərsu” əməkdaşları və texnikası cəlb olunub. Qəza baş verən yer qazılıb və lentlə hasarlanıb.

Borunun təmir edilməsi üzrə işlərə başlanılıb.