10.3 C
Gence
10.3 C
Gence

Yataqxana sakinləri mavi yanacaqla təmin olunmaq arzusundadırlar

Gəncədə “Billur” yataqxanasının sakinləri uzun illərdir ki, mavi yanacaqla təmin olunmaq arzusundadırlar. Bu haqda Gencexeber.az 29 noyabr tarixində ATV News-a istinadən xəbər verir.

5 mərtəbəli yataqxana binası 4 blok və 185 otaqdan ibarətdir. Sakinlər mavi yanacağın olmaması səbəbindən alternativ üsullardan istifadəyə məcburdurlar. Bir neçə il əvvəl onlar yığışıb binaya qaz xətti çəkdirmək istəyiblər. Borular çəkilsə də, sonra işlər yarımçıq saxlanılıb. Bina sakinlərinin sözlərinə görə, sovet dövrü zamanı tikilən binaya qaz xətti çəkilməyib.

Məsələ ilə bağlı Azəriqaz ASC-dən bildirilib ki, yataqxana tipli binaların qazlaşdırılması mümkün deyil. Qaz xəttinin çəkilməsi üçün əsas götürülən parametrlər var ki, bu da belə binalarda nəzərdə tutulmayıb.

Binada yenidən istilik sisteminin bərpası ilə bağlı Azəristilik ASC-dən bildirdilər ki, yataqxananın istilik sistemi tamamilə sıradan çıxıb. Hazırda qurumun gündəmində yeni istilik sistemlərinin quraşdırılması üçün resurs və büdcə nəzərdə tutulmayıb.

 

Ən Çox Oxunan