13 C
Gence
13 C
Gence

Yarım qalmış bina sakinlər üçün təhlükə mənbəyinə çevrilib

Gəncədə yarımçıq qalmış tikili sakinlərin narazılığına səbəb olub. Bu haqda 13 mart tarixində Space TV-yə istinadən məlumat veririk.

Söhbət şəhərin Muxtar Hacıyev küçəsindən gedir. Burada 30 il əvvəl yaşayış binası kimi tikilməsi nəzərdə tutulan bina yarımçıq qoyulub. Hazırda tikili qəzalı vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, aidiyyəti orqanlara dəfələrlə müraciət edilib, amma müraciətlərinə cavab verən olmayıb. Binanı nə tikən var, nə də sökən. Burada yaşayanlar deyirlər ki, tikili narkomanların məskəninə çevrilib. Bundan başqa, yarımçıq qalmış binadan beton parçaları tökülür.

Məsələ ilə bağlı Space TV icra hakimiyyətinə müraciət etsə də, cavab almaq mümkün olmayıb.

Ən Çox Oxunan