Gəncədə sözügedəcək binanın dam örtüyünün təmirə ehtiyacı var. Bu haqda məlumat iyunun 8-i Gencexeber.az-a daxil olub.
Söhbət Yeni Gəncə qəsəbəsində yerləşən 13-cü binadan gedir. Beşmərtəbəli binanın dam örtüyündən keçən yağış suları mənzillərə axır. Bu hal uzun müddətdir ki davam edir.
Təqdim olunan foto və videomateriallarda görünür ki, 20-ci mənzildə yaşayanlar suyun qarşısını almaq məqsədilə evin müxtəlif hissələrinə qablar qoyublar.
Sakinlərin sözlərinə görə, 5-ci mərtəbədən ikinciyə kimi mənzillərə su dolur. Onlar aidiyyəti qurumların bu məsələyə diqqət yetirmələrini və müvafiq işlərin görülməsini istəyirlər.
