19.1 C
Gence
19.1 C
Gence

Xan bağının yanında kanalizasiya quyusundan çirkab suları daşır

Gəncənin bir neçə hissəsində kanalizasiya xətlərində qəzalar baş verib. Bu haqda Gencexeber.az-a yanvarın 19-u məlumat daxil olub.

Kommunal çətinlik Qara Qarayev küçəsi, Xan bağının yanında müşahidə edilir. Kanalizasiya quyusunun qapağından təzyiqlə çirkab suları çıxır. İç Qala küçəsinə axan maye yol boyu pis qoxu yayır.

Xatırladaq ki, “Şərikli çörək” mağazasının yanında baş verən kommunal qəza ilə bağlı məlumat vermişdik.

 

Ən Çox Oxunan