9.7 C
Gence
5.5 C
Ganja

Təmir işləri gedən ərazinin üstü açıq qalıb

Gəncədə avtomobil yolunda maneə yaranıb. Bu haqda Gencexeber.az-a 20 noyabr tarixində məlumat daxil olub.

Söhbət şəhərin Əkbər Ağa Şeyxülislamov küçəsindən gedir. Adıçəkilən ərazidə bir müddət öncə kommunal qəza baş verib.

Burada müvafiq qurumun əməkdaşları təmir məqsədilə qazıntı işləri aparıblar. Lakin həmin hissənin üstü açıq vəziyyətdə qalıb.

Hal-hazırda qazılmış ərazi avtomobillərin rahat hərəkəti üçün maneə yaradır.

Ən Çox Oxunan