Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 25 aprel tarixində məlumat daxil olub.
Hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Ərazidə yerləşən kanalizasiya quyularından biri daşıb. Küçə boyunca çirkab sular axmağa başlayıb. Nəticədə hər yanı kəskin qoxu bürüyüb.
Əraziyə “Azərsu”nun əməkdaşları cəlb olunublar. Qəza aradan qaldırılıb.