25.5 C
Gence
17.5 C
Ganja

Təbriz küçəsində arx daşıb

Gəncədə daha bir kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 29 may tarixində məlumat daxil olub.

Sözügedən hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Yolun kənarı ilə uzanan arxlardan biri daşıb. Nəticədə küçə boyunca çirkab suları axmağa başlayıb. Bildirilir ki, buna səbəb arxın müxtəlif tullantılarla çirkləndirilməsidir.

Hazırda bəzi sakinlər evlərinin qarşısını özləri təmizləyirlər.