5.8 C
Gence
5.8 C
Gence

Susuz qalan küçə

Gəncənin bəzi ərazilərində su problemi var. Bu haqda Gencexeber.az-a 7 aprel tarixində məlumat daxil olub.

Şəhərin Ozan küçəsinin sakinləri susuz qalıb. Aldığımız məlumata əsasən, 25 mart tarixindən ərazidə su təchizatı dayandırılıb. Sakinlər “Azərsu” ASC-yə dəfələrlə müraciət etsələr də, məsələ həllini tapmayıb.

“Su idarəsinə zəng edəndə hər dəfə ayrı adam götürür, hərəsi də bir səbəb deyir. Gah anbarda problem var, gah su borularını təmizləmək üçün kəsmişik, gah da boru partlayıb bəhanəsini gətirirlər”,- deyə sakinlər bildirir. Onların sözlərinə görə, suyu digər xəttdən istifadə edən qonşulardan götürürlər.

Ən Çox Oxunan