13.6 C
Gence
13.6 C
Gence

Su-kanalizasiya layihəsinin davam etdirilməsinə xaricdən maliyyə dəstəyi göstərilə bilər

Şəhərdə su-kanalizasiya sistemlərinin yenilənməsi üçün yeni maliyyə mənbələri ilə danışıqlar aparılır. Bu haqda noyabrın 18-i Report.az-a istinadən məlumat veririk.

Avropa Yenidənqurma və İnkişaf Bankı Gəncədə su-kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsinə maliyyə dəstəyi göstərə bilər. Bunu “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovla görüşdə EBRD-nin infrastruktur layihələri üzrə baş bankiri Yelena Qordeyeva bildirib.

Y.Qordeyeva Azərbaycanda infrastruktur layihələrində iştirakdan məmnunluğunu vurğulayıb, sudan səmərəli istifadə, kəndlərin su təchizatının yaxşılaşdırılması, tullantı sularının təmizlənərək təkrar istifadəsi və ümumilikdə, su təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə Azərbaycana dəstək göstərməyə hazır olduqlarını bildirib.

Qordeyeva Gəncədə içməli və tullantı su sistemlərinin yenidən qurulması layihəsi ilə maraqlandıqlarını, layihənin davam etdirilməsinə maliyyə dəstəyi göstərə biləcəklərini diqqətə çatdırıb.

Ən Çox Oxunan