26.9 C
Gence
23.5 C
Ganja

Su borusu partlayan ərazidə təmir işləri aparılıb

Gəncədə su borusu partlayıb. Bu haqda Gencexeber.az-a 29 may tarixində məlumat daxil olub.

Hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Sakinləri içməli su ilə təchiz edən su borusu partlayıb. Əraziyə “Azərsu” əməkdaşları cəlb olunublar. Həmin yer ötən gün qazılıb və hasara alınıb. Bu gün əməkdaşlar yenidən əraziyə gələrək işləri davam etdiriblər.

Qeyd edək ki, bir müddət öncə eyni yerdə su borusu partlamışdı.