Gəncədə iki küçədə kommunal qəza qeydə alınıb. Bu haqda Gencexeber.az-a 1 noyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Dadaş Bünyadzadə və Ağamirzə Əhmədov küçələrindən gedir. Adıçəkilən ərazilərdə yeraltı su borusu partlayıb. Nəticədə su küçələr boyunca axır. Həmin ərazilərdə palçıq əmələ gəlib.
Sakinlərin sözlərinə görə, sözügedən hal artıq bir neçə gündür davam edir. Onlar, həmçinin bildiriblər ki, avtomobillər hərəkət edən zaman ətrafa su sıçrayır.