Gəncədə köhnə elektrik verilişi qüllələri sökülür. Bu haqda Gencexeber.az-a 4 aprel tarixində məlumat daxil olub.
Söhbət şəhərin Vaqif və Ruzigar Qasımov küçələrindən gedir. Burada yerləşən elektrik naqillərinin ötürücüləri (“vışkalar”) sökülür.
Buna səbəb onların istismar müddətinin başa çatmasıdır. Həmin dayaqların dəmirləri paslanaraq çürüyüb. Bu da sakinlər üçün təhlükə yaradır.