17.5 C
Gence
17.5 C
Gence

İstiqlal parkında kanalizasiya quyusu daşıb

Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 9 may tarixində məlumat daxil olub.

Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. “İstiqlal parkı” adlı istirahət guşəsində kanalizasiya quyusu daşıb. Nəticədə parka düşən pilləkənlərin önü böyük ərazidə çirkab sular altında qalıb. Parkda xoşagəlməz mənzərə və qoxu yaranıb.

Kommunal qəza baş verən yerin yaxınlığında sakinlərin istirahət etməsi üçün skamyalar yerləşir.

Ən Çox Oxunan