26.4 C
Gence
26.4 C
Gence

Son 10 gün ərzində Gəncənin bu küçəsində yenə su xətti partlayıb

Gəncənin Ruzigar Qasımov küçəsində yenə su xətti təmir olunur. Bu haqda Gencexeber.az-a yanvarın 19-u məlumat daxil olub.

Sözügedən əraziyə “Azərsu” ASC-nin əməkdaşları və texnika cəlb olunub. İşçilər borunun qəzalı hissəsini aşkar ediblər. Yolun hərəkət hissəsi traktor vasitəsilə qazılıb.

Xatırladaq ki, yanvarın 11-i bu küçədə aparılan işlər haqda məlumat vermişdik.

Ən Çox Oxunan