13.6 C
Gence
13.6 C
Gence

Sevinc qəsəbəsinin bir sıra ərazilərində su gəlmir

İri yaşayış massivində su çətinliyi yaşanır. Bu haqda məlumat noyabrın 24-ü Gencexeber.az-a daxil olub.

Sevinc qəsəbəsinin 25, 26, 27 və 28 nömrəli küçələrində su gəlmir. Sakinlər məsələ ilə bağlı aidiyyəti üzrə müraciət ediblər. Onlara cavab olaraq bildirilib ki, artezianda qurğu xarab olub.

Sözügedən çətinlik bir aya yaxındır ki, yaşanır. Su mütəmadi olaraq, gah verilir, gah da kəsilir. Son bir həftədir ki, ümumiyyətlə, gəlmir.

Ən Çox Oxunan