9.7 C
Gence
9.7 C
Gence

Sakinlər zibil qutularının qoyulmağını istəyirlər

Gəncədə sakinlər zibil qutularının olmamasından narazıdırlar. Bu haqda Gencexeber.az-a 27 sentyabr tarixində məlumat daxil olub.

Söhbət şəhərin Şah İsmayıl Xətai prospektindəki 115A nömrəli binanın qarşısından gedir. Burada əvvəllər tullantılar üçün konteynerlər yerləşirdi. Daha sonra binanın qarşısında şəxsi evlərin tikintisi başladı və bu səbəbdən zibil qutularını oradan götürdülər. Lakin onlar üçün yeni yer təyin olunmadı. Nəticədə ərazidə xoşagəlməz mənzərə yaranıb.

“Zibil atmaq üçün uzağa getməli oluruq. Tənbəllik edənlər isə yolun ortasına tullayıb gedirlər. Bura çevrilib zibilliyə. Ən pisi də odur ki, yaxınlıqda uşaq bağçası yerləşir. Bura zibil qabları qoyub, ərazini təmizləsələr, yaxşı olar”, – deyə sakinlər bildirirlər.

Qeyd edək ki, sözügedən yerin yaxınlığında 48 nömrəli uşaq bağçası yerləşir.

Ən Çox Oxunan