Gəncədə küçələrdən birində məişət tullantıları yığışdırılmır. Bu haqda Gencexeber.az-a 25 noyabr tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Pərviz Səmədov küçəsində müşahidə olunur. Sakinlərin sözlərinə görə, burada yerləşən zibil qutuları bir neçə gündür ki, dolub. Lakin tullantılar müvafiq qurum tərəfindən yığışdırılmır. Nəticədə ortaya xoşagəlməz mənzərə çıxır.
“Həmişə gəlib aparardılar. Nədənsə bir neçə gündür ki, bu zibilləri yığışdıran yoxdur. Hər yanı tullantılardan gələn üfunət bürüyüb”, – deyə sakinlər bildirir.