Gəncədə şəhərin bir hissəsində qazın təzyiqi ilə çətinliklər yaşanır. Bu haqda Gencexeber.az-a 14 aprel tarixində məlumat daxil olub.
Sözügedən hal Gülüstan qəsəbəsinə gedən yolda, İvan Turgenev küçəsində qeydə alınıb. Əraziyə qaz aşağı təzyiqlə verilir. Sakinlər bildiriblər ki, qurğuların suyu qızdırmağa belə gücü çatmır. Onların sözlərinə görə, yemək bişirmək, evi isitmək problemə çevrilib. Bəzi sakinlər qaz plitəsinin elektrik hissəsindən istifadə etməyə məcbur olurlar.
Bu hal bir aya yaxındır ki, davam edir. Sakinlər aidiyyəti quruma bununla bağlı məlumat versələr də, heç bir nəticə əldə olunmayıb.