5.8 C
Gence
5.8 C
Gence

Sakinlər kanalizasiya çirkabları ilə dolu ərazidən narazıdırlar

Yeni Gəncə yaşayış massivində yaşanan kanalizasiya problemi valideynlərin narazılığına səbəb olub. Bu haqda məlumat Gencexeber.az-a mayın 4-ü daxil olub.

Sözügedən hal 9-cu binanın və “Karizma Lounge” adlı restoranın yanında müşahidə edilir. Avtoyuyucu məntəqəsinin arxasına axıdılan çirkab suları ərazidə pis qoxular yayır.

Yaşayış binasının sakinlərinin sözlərinə görə, onlar evlərini havalandıra bilmirlər. Uşaqların sözügedən yerdə oynamaqlarına xüsusilə diqqət edirlər. Orta yaşlı qadın bildirib ki, övladı çirkaba yıxılmaq təhlükəsi ilə üzləşmişdir.

Qeyd edək ki, sakinlər bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsələr də, vəziyyətdə dəyişiklik olmayıb.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan