18.6 C
Gence
18.6 C
Gence

Sakinlər hasarlanmış boş əraziyə zibil atırlar

Gəncədə bəzi ərazilər sakinlər tərəfindən çirkləndirilir. Bu haqda Gencexeber.az-a 6 may tarixində məlumat daxil olub.

Söhbət şəhərin Atatürk prospektindən gedir. Gəncə-Daşkəsən Təhsil İdarəsinin yaxınlığında yerləşən hasarlanmış əraziyə sakinlər tullantılar atırlar. Nəticədə orada xoşagəlməz görüntü və qoxu yaranır. Bu hal digər vətəndaşların narazılığına səbəb olur.

Sözügedən yerin ətrafında çox sayda evlər yerləşir. Orada yaşayanlar ərazini zibilləyən şəxslərin tullantıları müəyyən olunmuş yerlərə atmasını və əməl etmədikləri təqdirdə cəzalandırılmalarını istəyirlər.

Ən Çox Oxunan