Gəncədə daha öncə işıqlandırdığımız ərazi yenidən çirkləndirilib. Bu haqda Gencexeber.az-a 9 may tarixində məlumat daxil olub.
Söhbət şəhərin “Kəpəz” stadionunun yanındakı ərazidən gedir. Həmin yoldan sakinlər “Sərçə bazarı”na getmək üçün istifadə edirlər. Yaxınlıqda yaşayan sakinlər zibil qutuları olmadığı üçün məişət tullantılarını yolun kənarına yığırlar. Bu da küçədə xoşagəlməz qoxu və mənzərə yaradır.
Qeyd edək ki, bir il öncə məsələni işıqlandırdığımız zaman ərazi tullantılardan təmizlənsə də, bura zibil konteynerləri yerləşdirilməyib.