18.6 C
Gence
18.6 C
Gence

Qəzalı bina sakinlər üçün təhlükə yaradır

Gəncədə yaşayış binası qəzalı vəziyyətdədir. Bu haqda Gencexeber.az-a 8 aprel tarixində məlumat daxil olub.

Söhbət şəhərin Cavadxan küçəsindən gedir. Burada yerləşən ikimərtəbəli binanın iki bloku var. Tikilinin illərdir təmirə ehtiyacı var. Divarlardakı suvaq qoparaq tökülür və altındakı taxta parçalar üzə çıxır. Sakinlər həyatlarının təhlükədə olduğunu hesab edirlər.

“Binamız neçə illərdir belə qəzalı vəziyyətdədir. Divarlar sökülüb, tökülür. Güclü külək olanda bina silkələnir. Uşaqlar da, böyüklər də qorxurlar. Binamız sökülüb yerində yenisi tikilsə, çox sevinərik”, – deyə sakinlər bildiriblər.

Ən Çox Oxunan