Gəncədə bir sıra sakinlər kanalizasiya ilə bağlı çətinlik yaşayırlar. Bu haqda Gencexeber.az-a 23 mart tarixində məlumat daxil olub.
Söhbət şəhərin Qırmızıkənd qəsəbəsindən gedir. Burada evlərin bir hissəsinə kanalizasiya xətti çəkilib, lakin bu sistemlə təchiz olunmayan evlər də az deyil.
Sakinlərin sözlərinə görə, onlar qəsəbə salınan gündən bu problemdən əziyyət çəkirlər. Onlar bildirirlər ki, hər kəs öz həyətində çirkab suların axıdılması üçün quyu qazıb. Ora dolanda tullantı suları “Azərsu” maşınları vasitəsilə çəkilib aparılır.
“İllərdir bu vəziyyətdə yaşayırıq. Pis qoxu, natəmizlik olur. Bizim də evlərimizə kanalizasiya xəttinin çəkilməsini arzu edirik”, – deyə sakinlər qeyd ediblər.