10.3 C
Gence
10.3 C
Gence

Peşə liseylərinin birində istilik sistemi fəaliyyət göstərmir

Gəncədə təhsil ocaqlarından biri isidilmir. Bu haqda Gencexeber.az-a 24 yanvar tarixində məlumat daxil olub.

Söhbət Sidqi Ruhulla küçəsində yerləşən 1 nömrəli Gəncə Peşə Liseyindən gedir. Redaksiyamıza bildirilib ki, təhsil müəssisəsində istilik sistemi olsa da, fəaliyyət göstərmir.

Burada oxuyan tələbələr sinif otaqlarının çox soyuq olduğundan üst geyimində oturmağa məcbur olduqlarını bildirirlər. Onlar məsələ ilə bağlı müvafiq şikayətlər etsələr də, problem həllini tapmayıb.

Ən Çox Oxunan