Gəncədə su borusu partlayıb. Bu haqda Gencexeber.az-a 28 oktyabr tarixində məlumat daxil olub.
Sözügedən kommunal qəza Museyib Bağırov küçəsində baş verib. Sakinlərin sözlərinə görə, bu su borusu səhər saatlarında partlayıb. Qəza nəticəsində su Zərifə Əliyeva küçəsinə axır.
Hadisə yerinə “Azərsu” ASC-nin qəza xidmətinin əməkdaşları cəlb edilib. Hazırda su xəttinin təmir işləri aparılır.