Gəncədə yaz fəslinə hazırlıq işləri gedir. Bu haqda 28 fevral tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.
MKTİB-nin Yaşıllaşdırma şöbəsi tərəfindən İcra Hakimiyyətinin inzibati binasının giriş hissəsində ucaldılan Dövlət Bayrağının dirəyinin ətrafına mövsümi güllər əkilib. Yaz fəslinin gəlişi ilə əlaqədar olaraq, şəhərin park və xiyabanlarına, küçə və prospektlərinə mövsümi güllərin əkini davam etdirilir.
Qeyd edək ki, hazırda şəhərimizin Gülçülük təsərrüfatında 30 növdə 60 minə yaxın gül-çiçək və 20 növdə ağaclar yetişdirilir.