Gəncədə təmizlik aksiyaları davam edir. Bu haqda 8 mart tarixində MKTİB-yə istinadən məlumat veririk.
MKTİB-nin xüsusi texnikaları və canlı qüvvəsi küçə və prospektləri, səki kənarlarını, bordürləri və buradakı işıq dirəklərini, yol kənarındakı məhəccərləri, park və istirahət yerlərində oturacaqları, dayanacaqları yuyublar.
Bundan başqa, şəhər ərazisinə yerli iqlimə uyğun yeni ağaclar, kollar, güllər əkilib, rəngbərəng güllərdən kompozisiyalar yaradılıb, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri aparılıb. Ağacların qurumuş budaqları budanıb, mövsümlə əlaqədar yaşıllıqlara aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib. Gəncənin park və xiyabanlarına, küçələrinə gözəllik verən güllər və həmişəyaşıl kollar əkilib.