24.7 C
Gence
24.7 C
Gence

Nov qırılaraq binanın girişi üzərində sallanıb

Yağış sularının axıdılması üçün nəzərdə tutulan nov qırılaraq sallanıb. Bu haqda məlumat sentyabrın 23-ü Gencexeber.az-a daxil olub.

Sözügedən hal 38 saylı hərbi şəhərcikdə yerləşən 399 nömrəli binada qeydə alınıb. Yağış sularının axıdılması üçün nəzərdə tutulan nov qırılıb. Boru iki və üçüncü mərtəbələrin arasında blokun girişinin üzərində sallanır.

Sakinlər məsələ ilə bağlı aidiyyəti üzrə məlumat veriblər. Qəzalı boru hələ təmir edilməyib.

Ən Çox Oxunan