14.7 C
Gence
14.7 C
Gence

Nigar Rəfibəyli küçəsi kanalizasiya sularına qərq olub

Sözügedəcək ərazidə kanalizasiya çətinliyi illərdir davam edir. Bu haqda məlumat noyabrın 21-i Gencexeber.az-a daxil olub.

Sözügedən hal Dəmir yolu vağzalı ərazisində yerləşən Nigar Rəfibəyli küçəsində müşahidə edilir. Orada kanalizasiya sistemi yoxdur. Bunun üçün çirkab suları arxa axıdılır.

Bu səbəbdən arx tez-tez daşır və demək olar ki, hər gün pis qoxu yayan maye əraziyə dağılır və küçə boyunca axır.

Xatırladaq ki, Cavad xan küçəsində su-kanalizasiya sisteminin çəkilişi ilə bağlı həyata keçirilən layihə haqda məlumat vermişdik.

Ən Çox Oxunan