24.7 C
Gence
24.7 C
Gence

Muxtar Hacıyev küçəsində yerləşən iki binaya su gəlmir

Çoxmənzilli binalarda su təchizatı ilə bağlı kəsintilər qeydə alınıb. Bu haqda məlumat sentyabrın 22-si Gencexeber.az-a daxil olub.

Muxtar Hacıyev küçəsində yerləşən binaların sakinləri su təchizatında baş verən kəsilmələrdən narazıdırlar. Ərazidə 10-dan çox bina var. Uzun müddətdir ki, suyun verilişi az vaxt kəsiyində və pərakəndə şəkildə həyata keçirilir.

3 və 7 nömrəli binalarda isə 3 gündür ki, ümumiyyətlə, su gəlmir. Sakinlər aidiyyəti üzrə məlumat versələr də, naməlum səbəblərdən baş verən çətinlik aradan qaldırılmayıb. Onlar “Azərsu” ASC tərəfindən müvafiq müdaxilənin edilməsini və problemin həllini arzu edirlər.

Ən Çox Oxunan