13.6 C
Gence
13.5 C
Ganja

Muxtar Hacıyev küçəsində kanalizasiya suyu daşıb

Gəncədə kanalizasiya quyusu daşıb. Bu haqda Gencexeber.az-a 3 noyabr tarixində məlumat daxil olub.

Bu hal Muxtar Hacıyev küçəsindəki 8A saylı binanın birinci blokunun qarşısında müşahidə olunur. Nəticədə çirkab küçə boyunca axır, asfalt örtüyü də olmadığından avtomobil yolunda gölməçələr əmələ gəlib.

Əraziyə yayılan üfunət həm orada yaşayan sakinləri, həm də ərazidən keçənləri narahat edir. Vətəndaşlar bu məsələnin həll olunmasını istəyirlər.

Ən Çox Oxunan