Gəncədə sakinlərin sıx hərəkət etdikləri əraziyə tullantılar səpilib. Bu haqda məlumat aprelin 20-si Gencexeber.az-a daxil olub.
Sözügedən hal Sidqi Ruhulla küçəsi ilə Atatürk prospektinin kəsişdiyi yerdə müşahidə edilir. 2 nömrəli Uşaq Musiqi Məktəbinin yanında ərazi zibillənib. Bu vəziyyət valideynlərin narazılığına səbəb olur.
Xatırladaq ki, Gəncə Beynəlxalq Avtovağzalının yaxınlığındakı zibilliklə bağlı verilən açıqlama haqda xəbər vermişdik.