Gəncəyə yeni gətirilmiş texnika işə cəlb olunub. Bu haqda 13 aprel tarixində MKTİB-yə istinadən məlumat veririk.
Bir müddət əvvəl Türkiyə Respublikasından Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin avtomobil parkına gətirilən müasir, yanacağa qənaətli, sovurma və su çiləmə funksiyalarına malik yol təmizləyən maşın Gəncənin Heydər Əliyev meydanında təmizlik işlərinə başlayıb. İşgörmə xüsusiyyətlərinə görə, çevik və manevretmə qabiliyyətinə malik olan bu cihaz özünü doğruldacağı təqdirdə daha bu kimi bir neçə texnikanın gətiriləcəyi nəzərdə tutulur.
Texniki göstəricilərə görə yüngülçəkili, 1 cüt təmizləyici süpürgə, təzyiqlə işləyən yuyucu və rotest aparatı ilə təchiz olunan bu maşınlar görkəmi ilə də şəhərin küçələrinə yaraşıq verir. Yeni texnikanın parametrləri insan əməyinin azalmasına şərait yaradır.