19.7 C
Gence
19.7 C
Gence

MKTİB “Metallurq” idman kompleksini səliqəyə salıb

Gəncədə idman kompleksinin ərazisi təmizlənib. Bu haqda 14 aprel tarixində MKTİB-yə istinadən məlumat veririk.

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikası vasitəsilə keçmiş “Metallurq” idman kompleksində genişmiqyaslı təmizlik aksiyası təşkil olunub. Qurumun Ərazi Xidmət Sahələrinin əməkdaşları adıçəkilən ərazini məişət tullantılarından, alaq otlarından təmizləyiblər.

Yığılıb qalan toz-torpaq bir yerə toplanaraq traktorlar vasitəsilə ərazidən daşınıb. Kompleksin ərazisində mövcud olan yaşıllıq massivinə aqrotexniki qulluq göstərilib, ağacların suvarılması təmin edilib.

Ən Çox Oxunan