13.6 C
Gence
13.6 C
Gence

MKTİB işçiləri bu günlərdə daşan Xan arxını təmizləyiblər

Gəncədə Xan arxı təmizlənib. Bu haqda 12 noyabr tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.

Əraziyə qurumun ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Onlar Təbriz və Eminbəyli küçələrindən keçən Xan arxını məişət və digər tullantılardan təmizləyiblər.

Mənbəyini Gəncəçayın Firuzabad qəsəbəsində yerləşən su qurğusundan götürən Xan arxı şəhərin bir sıra küçələrindən keçir. MKTİB bir daha əhaliyə xəbərdarlıq edərək bildirib ki, Xan arxında tullantı dolu suyun küçələrə axaraq nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirməsi,  xoşagəlməz mənzərənin ortaya çıxmaması üçün adıçəkilən arxa məişət və digər tullantılar atmasınlar.

Ən Çox Oxunan