10.3 C
Gence
10.3 C
Gence

MKTİB daha bir ərazidə təmizlik işləri aparıb

Gəncədə 20 Yanvar şəhidlərindən birinin yaşadığı binanın ətrafında təmizlik işləri görülüb. Bu haqda 20 yanvar tarixində MKTİB-yə istinadən məlumat veririk.

İşlər Təmizlik şöbəsi tərəfindən Qanlı Yanvar hadisələrində şəhid olanlar arasında Gəncədə doğulub boya-başa çatan Valeri Zakir oğlu Boqdanovun yaşadığı Heydər Əliyev prospekti, bina 1 ünvanının ərazisində aparılıb. Həmçinin həmin binanın ətrafında yerləşən park da təmizlənib.

Bu işlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Adıçəkilən ərazilər məişət tullantılarından, alaq otlarından və toz-torpaqdan təmizlənib. Ərazidə məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərin ətrafları da təmizlənərək səliqə-səhman yaradılıb.

Ən Çox Oxunan