23 C
Gence
18.5 C
Ganja

MKTİB daha bir ərazidə abadlıq işləri görüb

Gəncədə Şəhidlər xiyabanında təmizlik işləri həyata keçirilir. Bu haqda sentyabrın 19-da İcra Hakimiyyətinə istinadən xəbər veririk.

Şəhərin Şəhidlər xiyabanına MKTİB-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Ərazidə genişmiqyaslı iməcilik işləri keçirilib. Plafonlarda nasazlıqlar aradan qaldırılıb, lampalar yenilənib, alaq otları biçilib, güldanlar, işıq dirəkləri və oturacaqlar boyanıb. 

Həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin adlarının həkk olunduğu lövhənin önünə güllər əkilib.