16.9 C
Gence
16.9 C
Gence

MKTİB daha bir küçəni səliqəyə salıb

Gəncədə təmizlik aksiyası keçirilib. Bu haqda 8 aprel tarixində MKTİB-yə istinadən məlumat veririk.

İşlər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 və 13 saylı Ərazi Xidmət Sahələrinin əməkdaşları tərəfindən görülüb. İdris Məşədi Zaman oğlu küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsi məişət tullantılarından, alaq otlarından və toz-torpaqdan təmizlənib, mövcud zibil qutularının ətrafında da səliqə-səhman yaradılıb. Yığılan tullantılar ərazidən daşınıb.

MKTİB əhali və qeyri-əhali qrupuna müraciət edərək bildirir ki, məişət, təmir-tikinti və digər tullantılarını təyin olunmayan yerlərə atmaqla şəhər ərazisində antisanitar vəziyyətə yol açmasınlar. Belə vətəndaşlar aşkar olunduğu halda barələrində inzibati qaydada tədbirlər görüləcək.

Ən Çox Oxunan