18 C
Gence
18 C
Gence

MKTİB-dən qurumun qış mövsümünə hazır olması haqda məlumat verilib

Gəncədə qış mövsümünə hazırlıq işləri aparılır. Bu haqda MKTİB-nin mətbuat xidmətinə istinadən noyabrın 21-i məlumat veririk.

Qurumdan bildirilib ki, MKTİB qış mövsümünə hazırdır. Qarlı və şaxtalı havalarda şəhərdaxili yollarda avtomobillərin, eləcə də piyadaların təhlükəsiz və rahat şəkildə hərəkətinin təmin olunması üçün yolların qardan və buzdan operativ şəkildə təmizlənməsi məqsədilə aşağıda qeyd edilən tədbirlər görülüb:

  • Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində olan bütün texnika və avadanlıqlar tam saz vəziyyətə gətirilib;
  • Buz tutan yollarda hərəkətin intensivliyinin təşkili üçün MKTİB-nin anbarlarına zəruri miqdarda qum və duz ehtiyatı tədarük olunub;
  • Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi müxtəlif təyinatlı yeni texnikalarla təmin olunub;
  • Hazırlıq işləri ilə əlaqədar olaraq birliyin tərkibində fəaliyyət göstərən 14 Mənzil İstismar İdarəsinin hər birinə, əraziləri üzrə binaların qarşısını və səkiləri qardan təmizləmək üçün lazımi sayda kürək, bel, işçilərə isə xüsusi qış geyimləri paylanılıb.

Ən Çox Oxunan