Gəncədə bəzi qurumlar mart ayında gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda 7 mart tarixində MKTİB-yə istinadən məlumat veririk.
Novruzun gəlişi ilə əlaqədar olaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi gücləndirilmiş rejimdə işləyir. Qurumun müxtəlif şöbələri tərəfindən şəhər ərazisində ümumşəhər iməcilikləri təşkil edilir, park və xiyabanlara, küçə və prospektlərə, baş meydana gül-çiçəklər, dekorativ kollar əkilir və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir.
Gülçülük təsərrüfatında yetişdirilən mövsümi güllərdən sayılan primulalardan bu gün 5 mininin əkini aparılıb. Sabah isə şəhərin müxtəlif ərazilərinə 30 min ədəd gül əkiləcək.