Gəncədə məhəllələrdən birinin baxımsız olması sakinləri narahat edir. Bu haqda Gencexeber.az-a 10 noyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Mahrasa bağından gedir. Sakinlərin sözlərinə görə, 21-ci binanın qarşısındakı məhəllədə mütəmadi olaraq, kommunal qəzalar baş verir. Ərazidə kanalizasiya borusu partlayır və ətrafa çirkab axır. Nəticədə kəskin qoxu yaranır.
Bundan başqa, sakinlər zibil qutularının yerləşdirildiyi yerdən narazı olduqlarını bildirirlər. Onların sözlərinə görə, məişət tullantılarının atılması üçün konteynerlər avtomobil yolunun üzərinə qoyulub. Bu hal nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradır. Ərazidə yaşayan əhali konteynerlərin yerinin dəyişdirilməsini istəyir.
Qeyd edək ki, məhəllə baxımsız haldadır. Burada asfalt örtüyünün də təmirə ehtiyacı var.