17.5 C
Gence
17.5 C
Gence

Mahrasa bağında lüklər təhlükə yaradırlar

Gəncədə bir sıra lüklərin qapaqları yoxdur. Bu haqda Gencexeber.az-a 12 may tarixində məlumat daxil olub.

Sözügedən hal şəhərin Mahrasa bağında, Vatutin küçəsində müşahidə olunur. “Şəms” şadlıq sarayının yaxınlığında yan-yana yerləşən bir neçə quyunun üstü açıqdır. Onların üzərində qapaqları yoxdur. Quyular məişət tullantıları və xəzanla doludur.

Daha bir lükün isə qapağı olsa da, üstü bağlı deyil. Qapaq kanalizasiya quyusunun üstündə deyil, kənarında qoyulub.

Ən Çox Oxunan