20.3 C
Gence
15.5 C
Ganja

Məmməd Xələfov küçəsində ana su xətti partlayıb: su küçə boyunca axır

Gəncədə bir küçədə su xətti partlayıb. Bu haqda Gencexeber.az-a 18 sentyabr tarixində məlumat daxil olub.

Bu hal Məmməd Xələfov küçəsində yerləşən Abbas Səhhət Xəstəxanasının qarşısındakı yolda müşahidə olunur. Asfalt örtüyünün altında yerləşən ana su xətti partlayıb. Nəticədə su küçə boyunca bir neçə yerdən sızıb axaraq, gölməçələr yaradır. 

Qeyd edək ki, ərazidə asfalt örtüyü yeni salınıb. Sakinlər baş vermiş kommunal qəzadan narahat olduqlarını bildiriblər.