25.4 C
Gence
18.5 C
Ganja

Məktəblərin ətrafı səliqəyə salınıb

Gəncədə iməcilik təşkil olunub. Bu haqda 12 sentyabr tarixində MKTİB-yə istinadən məlumat veririk.

Təmizlik aksiyası 17 saylı orta məktəbin ətrafında keçirilib. İməcilik, həmçinin Validə Tutayuq və onunla kəsişən İlqar Mirzəyev küçələrində, həmçinin DOS 102 saylı hərbi şəhərciyin ərazisində aparılıb. Adıçəkilən ərazilər məişət tullantılarından, alaq otlarından, daş, qum və toz-torpaqdan təmizlənib. Yığılan tullantılar bir yerə toplanaraq ərazidən daşınıb. 

Bundan başqa, sözügedən küçələrdəki zibil qutuları boşaldılıb, ətrafı isə təmizlənərək səliqəyə salınıb.