15.3 C
Gence
15.3 C
Gence

Liftin sıradan çıxması sakinlərin həyatını çətinləşdirib

Gəncədə binaların birində liftin işləməməsi sakinlərə çətinlik yaradır. Bu haqda 11 aprel tarixində Space TV-yə istinadən məlumat veririk.

Söhbət 1990-cı illərin əvvəlində tikilmiş doqquzmərtəbəli yaşayış binasından gedir. Burada 50-dən çox ailə yaşayır. Binadakı lift də 90-cı illərin əvvəlində quraşdırılıb və Belarus istehsalıdır. Uzun müddət sakinlər lifti şəxsi vəsaitləri hesabına təmir etdirərək işləməsi üçün imkan yaradıblar.

Lakin o, artıq aylardır fəaliyyət göstərmir. Yaşlı sakinlər piyada yuxarı mərtəbələrə qalxmaqda çətinlik çəkdiklərini deyirlər.

“Evimizə su bidonlarını, etdiyimiz bazarlığımızı və s. ağır yüklərimizi qaldıra bilmirik. Oğul-uşağa pul verib xahiş edirik, kömək etsinlər. Liftsiz yuxarı mərtəbələrə qalxmaq çətindir. Liftin yenilənməsi mümkün deyilsə, ən azından təmir olunsun”, – deyə sakinlər bildirirlər.

 

Ən Çox Oxunan